“Azərbaycan investisiya baxımından maraqlı imkanlar təqdim edir. Bu, yalnız enerji sektoru ilə məhdudlaşmır, digər sahələrdə də potensial mövcuddur”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Baker Botts LLP-də Qlobal Layihələr üzrə tərəfdaş (Global Projects Partner) Alister Vişart deyib.
O, beynəlxalq hüquq şirkətində çalışdığını və uzun müddətdir Azərbaycanda investisiyalarla bağlı məsləhət xidmətləri göstərdiklərini qeyd edib:
“Xüsusilə son bir neçə ildə Azərbaycana və bütövlükdə regiona marağın kəskin artdığını müşahidə edirik. Eyni zamanda, təkcə Azərbaycana investisiya qoyuluşuna deyil, Azərbaycanın regionun digər ölkələri ilə əlaqələrinin və qarşılıqlı əməkdaşlığının inkişafına da böyük maraq var. Düşünürəm ki, son illərdə diqqəti cəlb edən yeni istiqamətlərdən biri də məhz bu əlaqələndirmə və regional bağlantı imkanlarının genişlənməsidir”.
Zaira Akifqızı
Globalinfo.az