Son həftədə yoluxanların statistikası

Azərbaycanda son həftədə koronavirus infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər sağalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son həftədə COVID-19-dan 2 nəfər vəfat edib.

Qeyd edək ki, həftə ərzində koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.