Son günlər Gəncə və Samuxda yas mərasimlərində ardıcıl baş vermiş qida zəhərlənmələrində ümumilikdə 48 nəfər zərərçəkən olub.
Globalinfo.az xəbər verir ki, bunu AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova AQTA-nın 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, ortaq istehlak edilən lavaşın zəhərlənmələrə səbəb olduğu müəyyən edilib: “Laborator nəticələr əldə edildikdən sonra dəqiq diaqnoz ictimaiyyətin diqqətinə çatdırılacaq”.