Sumqayıtda yataqxanada güclü partlayış: xəsarət alanlar var – FOTOLAR / YENİLƏNİR

Sumqayıt şəhərində “Azkompozit” zavodunun inzibati binasında partlayış baş verib.

Globalinfo.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub.

Sakinlərdən biri Globalinfo.az-a verdiyi açıqlamada bildirib ki, bina təhlükəli vəziyyətdədir.

***20:33

Sumqayıtda güclü partlayış olub.

Globalinfo.az-ın əməkdaşının verdiyi xəbərə görə, hadisə Sumqayıtda yerləşən yataqxanada baş verib.

İlkin məlumata görə, qaz balonunda partlayış olub, daha sonra isə güclü yanğın başlayıb.

Hadisə yerinə müvafiq qurumlar cəlb olunub.

Əliyar Xəlil
Globalinfo.az