SON DƏQİQƏ: Sinan Oğan kimi dəstəklədiyini açıqladı – VİDEO

Türkiyədə prezidentliyə namizəd olmuş Sinan Oğan seçkilərin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Sinan Oğan qərarı haqqında keçirdiyi mətbuat konfransında məlumat verib.

O, ikinci turda “Cumhur” İttifaqını, yəni hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini və seçiclərindən də hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana səs vermələrini istəyib.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.