w980 p16x9 2024 03 22T200542Z 2147370781 RC26R6AWV0KS RTRMADP 3 RUSSIA SHOOTING 900x506 1

 “Moskvadakı “Krokus Siti Holl”da törədilən terror aktının arxasında Ukrayna dayanır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

N.Patruşev jurnalistin “Krokur Siti Holl”dakı terrorun arxasında kim dayandır?” sualına, “Əlbəttə, Ukrayna”-deyə cavab verib.

Bununla da terror hücumunu İŞİD terror qruplaşmasının həyata keçirdiyinə dair məlumatlar Rusiya tərəfindən rədd edilib.

Qeyd edək ki, martın 22-də “Krokus Siti Holl”da baş verən terror aktını törətməkdə şübhəli bilinənlərdən 8 nəfəri artıq həbs edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: