Son dəqiqə: Rusiya Ermənistana nota verdi

Rusiya Ermənistana etiraz notası göndərib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, səbəb kimi İrəvandakı Rusiya səfirliyinin təhlükəsizliyinin təmin edilmədiyi göstərilib.

Etiraz notasında etirazçıların rus diplomatik nümayəndəliyinin işinə mane olduğu bildirilib.

Qeyd edək ki, hazırda İrəvanda Respublika meydanında genişmiqyaslı aksiya keçirilir. Həmçinin günorta saatlarından etibarən Rusiyanın Ermənistandakı səfirliyinin qarşısına minlərlə insan toplanıb. Onlar Vladimir Putin və Sergey Lavrovun ünvanına təhqirlər səsləndirirlər.

Ayşən Mustafa 

Globalinfo.az