Qəzzada İsrailin 3 PUA-sı məhv edildi

İsrail ordusunun PUA-ları ələ keçirilib.

Globalinfo.az xəbər verir ki, HƏMAS-ın silahlı qolu olan İzzəddin əl-Qəssam Briqadaları İsrail ordusuna məxsus 3 pilotsuz uçuş aparatını (PUA) ələ keçirdiyini açıqlayıb.

Verilən açıqlamaya görə, PUA-lar Qəzzanın şərqindəki əz-Zeytun məhəlləsinin cənubunda məhv edilib .

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları 2023-cü ilin 7 oktyabr tarixindən İsrailə qarşı hərtərəfli hücuma keçib.

İsrail ordusu PUA-ların ələ keçirilməsi ilə bağlı heç bir açıqlama verməyib.

Əliyar Xəlil,

Globalinfo.az