SON DƏQİQƏ: Putin atəşkəs elan etdi – Detallar

2023 12 14T092503Z 1698665403 RC2XW4A8XIFV RTRMADP 3 RUSSIA PUTIN

Rusiya Prezidenti Vladimir Putin 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə atəşkəs elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya Prezidenti Qələbə günü münasibətilə müəyyən edilən tarix aralıqlarda döyüşlərin dayandırılması barədə qərar imzalayıb.

Qərara əsasən, 7-11 may tarixlərində atəşkəs elan olunacaq, Rusiya ordusu cəbhəboyu hücumları dayandıracaq.

Kreml Ukrayna tərəfinin bundan nümunə götürməli olduğunu bəyan edib.

Putinin qərarında vurğulanır ki, Ukrayna tərəfi atəşkəs rejimini pozarsa, Rusiya Federasiyasının Silahlı Qüvvələri adekvat və effektiv cavab verəcək.

Qeyd edək ki, bundan öncə aprelin 20-də Pasxa bayramı münasibətilə atəşkəs elan edilmişdi.

Ayşən Mustafa
Globalinfo.az