Xəbər verdiyimiz kimi, Manset.az saytının baş redaktoru Əli Vəliyev ilə müğənni Manaf Ağayev arasında qalmaqal yaşanıb.
Belə ki, Ə. Vəliyev müğənnidən şikayət edərək, ona yaxın şəxslərin özünü və ailəsini təhdid etdiyini bildirib. Daha sonra o, polisə müraciət edib.
Globalinfo.az məsələ ilə bağlı Manaf Ağayevlə əlaqə saxlayıb.
Müğənni bildirib ki, polisə ifadə verib:
“İfadə verib gəldik. Sonu necə olacaq, hələ bilinmir. Hazırda hər hansı yenilik yoxdur. Hər ikimizin də izahatı alındı. İşin məhkəməyə gedib-getməyəcəyinə bundan sonra aydınlıq gələcək”.
Zaira Akifqızı
Globalinfo.az