Erməni Teleqram kanalları 4-6 erməni əsgərin öldüyünü yazır.
***
Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribatdan sonra bir hərbçi və bir zabit yaralanıb.
Bu barədə erməni mediası məlumat yayıb.
***
17:01
Erməni mənbələri Gorusun Dığ kəndi istiqamətində atışma səsləri eşidildiyini yazıblar.
Globalinfo.az xəbər verir ki, sakinlər kəndə təcili tibbi yardım maşınlarının irəlilədiyini deyiblər.
“Ehtimal ki, atışma nəticəsində erməni tərəfdən ölənlər və yaralananlar var”, – məlumatda iddia edilib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması haqda məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Məlumat üçün vurğulayaq ki, bir neçə gün əvvəl Teq (tarixi adı Dığ – red.) kəndindəki erməni sakinlər Azərbaycan mövqelərinə hücumla bağlı fikirlər səsləndirmişdilər.
Xəbər yenilənəcək…