Bakıda ağır qəza: iki maşın toqquşdu – FOTOLAR / VİDEO

Xətai rayonu, 8 Noyabr prospekti ərazisində ağır yol qəzası olub.

Globalinfo.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza “Prius”un “Leksus”la toqquşması nəticəsində baş verib.

Qəzanın təfərrüatı məlum olub. Belə ki, taksi sürücüsü “Prius”la “Leksus”a dəyib. Zərbənin təsirindən “Leksus” qarşıdakı işıq dirəyinə çırpılıb.

Xoşbəxtlikdən “Leksus”un təhlükəsizlik yastığının açılması ilə sürücü ağır xəsarət almayıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.