SON DƏQİQƏ: Aygün Bəylərin ölüm xəbəri təsdiqləndi – FOTO

Əməkdar artist Aygün Bəylər (Hümbətova) Türkiyədə vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə xəbəri  Mədəniyyət Nazirliyi təsdiqləyib.

Məlumatda bildirilib ki, 48 yaşlı müğənni Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişib.

Xatırladaq ki, son saatlara qədər Aygün Bəylərin ölümü haqda ziddiyyətli məlumatlar yayılırdı. Mediada onun ölüm xəbəri yayıldıqdan sonra rəsmi mənbələrdən təkzib gəldi. Bildirildi ki, müğənni sağdır, xüsusi təyyarə ilə Bakıya gətirilir. Bu haqda TƏBİB-dən verilən açıqlamada bildirilirdi ki, Aygün Hümmətovanın (Bəylər) təhlükəsiz şəkildə təxliyəsi üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tam təchiz olunmuş ambulansı peşəkar reanimasion tibbi briqada ilə birgə təhkim olunub. Qurumdan o da bildirilmişdi ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadası ixtisaslaşmış tibb müəssisəsinə təxliyə prosesini icra etmək üçün hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundadır.

Zaira Akifqızı
Globalinfo.az