SON DƏQİQƏ: Ali məktəblərə qəbulun nəticələri açıqlandı

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Feysbuk səhifəsində məlumat yer alıb.

Abituriyentlər bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələrinə baxmaq üçün şəxsi kabinetin istifadəçi adı (FİN) və parolunu buradakı müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basmaqla öyrənə bilərlər.

Həmçinin mobil telefonla iş nömrələrini 7727-yə göndərməklə də öyrənə bilərlər.