SON DƏQİQƏ: Aİ Ukraynaya silah yardımı ilə bağlı qərarı təsdiqləmədi

Avropa İttifaqı xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda Kiyevə silah tədarükü ilə bağlı qərar qəbul etməyiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borel deyib.

O bildirib ki, müzakirə nazirlərin 19 fevral görüşündə davam etdiriləcək:

“Ukraynaya dəstəklə bağlı ciddi müzakirələr oldu. Biz döyüş meydanındakı vəziyyəti, ediləcək dəstəyi, həmçinin gələcəkdə yaradılması nəzərdə tutulan Ukraynaya dəstək fondunu müzakirə etdik. Biz hamımız Ukraynanın daha çox silaha və dəstəyə ehtiyacı olduğu ilə razılaşırıq”.

Qeyd edək ki, Aİ liderləri fevralın 1-də Brüsseldə keçirilən sammitdə Ukraynaya dörd il müddətinə 50 milyard avro məbləğində büdcə yardımı ayrılması barədə qərarı təsdiqləyiblər. Lakin silah tədarükünü artırmaq üçün nəzərdə tutulan qərarı təxirə salıblar.

Əliyar Xəlil,

Globalinfo.az