SON DƏQİQƏ: 4 gənclə bağlı xəbər: əmisi danışdı – FOTO

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan dörd azərbaycanlı tələbədən xəbər var.

Globalinfo.az həmin tələbələrdən biri olan Hümam İsmayıllının əmisi Coşqun İsmayıllı ilə əlaqə saxlayıb.

O bildirib ki, xilasedicilər artıq tələbələrin olduğu mərtəbəyə yaxınlaşıblar:

“Hazırda Hümamın dayısı hadisə yerindədir. 1 saat ərzində artıq bizimkilər haqda xəbər olmalıdır. Çünki xilasedicilər bizim uşaqlar olan yerə çatıblar. Xüsusi cihazla yoxlayıblar və bədən istiliyinin olduğu bildirilir. Amma xilasedicilər onların sağ olub olmamasını daha da yaxınlaşdıqdan sonra biləcəklərini deyiblər”.

Zaira Akifqızı
Globalinfo.az