SON DƏQİQƏ: İrəvan Bakının sülh sazişi ilə bağlı təklifinə cavab verdi

Ermənistan Azərbaycan tərəfinin sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

Məlumata görə, İrəvan Bakıya sülh sazişi layihəsi ilə bağlı əlavə dəqiqləşdirmələr göndərib. Söhbət saziş layihəsi ilə bağlı təkliflərin dəqiqləşdirilməsindən gedir.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan və Bakı sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlarda artıq bir sıra razılaşmalara nail olub. Lakin iki əsas məsələ üzrə tərəflərin baxışları hələ də bir-birinə uzlaşmır. Bu, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin demarkasiyası və infrastrukturların blokdan çıxarılması prosesidir.

Əliyar Xəlil
Globalinfo.az