iran 1112 900x603 1

Çin ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları tanımadığını və Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq siyasətinə qoşulmayacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Pekin İranla normal iqtisadi və ticarət əlaqələrini davam etdirəcək.

Çin tərəfi bununla yanaşı, ölkələrin qanuni iqtisadi əməkdaşlığına birtərəfli sanksiyaların mane olmamalı olduğunu vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: