Krım ərazisində Rusiyanın daha bir təyyarəsi məhv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski danışıb.
O bildirib ki, son 24 saat ərzində iki Rusiya təyyarəsi vurulub.
“Dünən Rusiya təyyarəsinin bizim hərbi-dəniz pilotsuz uçan aparatımız tərəfindən vurulması parlaq hadisə idi. Hərbi anbarlar da məhv edilib”, – Zelenski deyib .
Qeyd edək ki, ötən gün Rusiyaya məxsus SU-30 təyyarəsi Ukraynanın pilotsuz dəniz platformasından raketlə vurulub.