“İyulda dəniz yolu ilə qlobal neft daşınması Rusiyanın əsas limanlarından ixracın əhəmiyyətli dərəcədə aşağı olmasına görə azalıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qəzetin məlumatına görə, ötən ay dünya neft tədarükü gündəlik təxminən 586 min barel azalıb. Rusiyanın qərb limanlarından ixrac gündəlik 1,8 milyon barellə son 19 ayda minimum səviyyəyə düşüb. Təchizatda azalma təkcə Rusiyada deyil, Braziliya, Venesuela və Qətərdə də müşahidə olunub. Amma Səudiyyə Ərəbistanından (gündə 5,8 milyon barelə qədər) və ABŞ-dan (4,4 milyon barelə qədər) artan ixrac bu azalmanı qismən kompensasiya edib.
Agentlik Çinə tədarükün ümumi həcminin gündə 1,4 milyon bareldən çox azaldığını, bunun bir ilin ən ciddi azalması olduğunu vurğuladı. İyulda Çinə əsas ixracatçılar İraq, Səudiyyə Ərəbistanı və Rusiya olub. Hətta Rusiyanın ən çox ixracatı Çinə həyata keçirdiyi bildirilir.
“Rusiya OPEC+ hasilat hədəfinə uyğunluğu yaxşılaşdırır, həmçinin neft emalı sahəsində daxili bərpa var ki, bu da ixrac olunan neftin həcmini azalda bilər”, – qəzet qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az