Şolts Ukraynada sülhün şərtini açıqladı

olah solts

Ukraynada sülh yalnız suverenliyi qorunacağı halda mümkündür.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransında deyib.

“Diktə olunmuş sülhə heç bir halda dəstək verməyəcəyik” – o deyib.

O eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında Avropanı zəiflədəcək hər hansı üsulun qəbul edilməyəcəyini açıqlayıb.

“Biz öz maraqlarımızı qoruyacaq və Ukraynaya dəstəyi davam etdirəcəyik”.

Kansler həmçinin ölkəsində keçiriləcək növbəti Parlament seçkisinə kənar müdaxilələrin yolverilməzliyindən də danışıb.