Şolts Ramşteyn bazasında Zelenskiyə nə təklif edib? – Məxfi danışıqlar üzə çıxdı

“Rusiya Ukrayna ilə bağlı növbəti sülh konfransında iştirak etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Ramşteyn aviabazasında apardığı məxfi danışıqlarda yekdil nəticə əldə edib.

“Mütləq başqa bir sülh konfransı olacaq. Zelenski və mən razılaşdıq ki, bu konfransda Rusiya da iştirak etməlidir. İlk konfrans 2024-cü il iyunun 15 və 16-da İsveçrənin Bürgenstok şəhərində Rusiyadan nümayəndə olmadan baş tutub. Zelenski hələ o zaman demişdi ki, növbəti dəfə Rusiya nümayəndəsi iştirak edə bilər. Vladimir Putin bu yaxınlarda danışıqlara hazır olduğunu bildirsə də, eyni zamanda Ukraynadan kapitulyasiyaya bərabər olan güzəştlər tələb etdi”, – deyə Şolts vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az