Almaniya kansleri Olaf Şolts Ukraynaya 3 milyard avroluq hərbi yardıma blok qoyub.
Globalinfo.az xəbər verir ki, məlumatı “Der Şpiqel” yayıb.
Məlumata görə, yardım təşəbbüsü ilə onun hökumətindəki xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Boris Pistorius çıxış edib. Hər iki nazirin layihə üzərində 2024-cü ilin noyabrında işləməyə başladıqları bildirilib. Layihəyə əsasən, Kiyevə İRİS-T hava hücumundan müdafiə sistemləri, mərmilər, “Patriot” sistemləri üçün raketlər, haubitsalar verilməli idi.
Jurnal yazır ki, Şolts layihəyə veto qoymasına əsas səbəb kimi təcili hərəkətə keçməyə ehtiyac görməməsini göstərib. Belə ki, Berlinin cari ildə Ukraynaya onsuz da 4 milyard avroluq yardım göndərəcəyi vurğulanıb. Həmçinin Kiyevin Rusiyanın dondurulmuş aktivlərindən də gəlir götürəcəyi qeyd edilib.
Əliyar Xəlil
Globalinfo.az