61d2aeb6e29e461d2aeb6e29e5164119723861d2aeb6e29e261d2aeb6e29e3

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə iki ildən sonra ilk dəfə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, söhbət bir saat davam edib.

Şolts Putini Ukraynadakı silahlı münaqişəyə son qoymağa və qoşunları geri çəkməyə çağırıb.

Kansler Rusiyanı ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara hazır olduğunu göstərməyə səsləyib.

Şolts həmçinin Almaniyanın lazım olduğu müddətdə Ukraynanı dəstəkləməkdən vaz keçməyəcəyini vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: