Şoltsdan Avropaya çağırış: Təhlükəsizliyinizi gücləndirin!

“Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoymalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“ABŞ-da növbəti prezidentin kim olacağından  asılı olmayaraq, biz həm indi, həm də gələcəkdə öz təhlükəsizliyimizlə daha çox məşğul olmalıyıq. Avropa İttifaqı öz təhlükəsizliyinin gücləndirilməsi üçün səy göstərməlidir”, – Olaf Şolts bildirib.