Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər bir çox şəhərdə dağıntılara səbəb olub. Son məlumata görə, zəlzələlər nəticəsində indiyədək 2316 vətəndaş həyatını itirib, 13 293 nəfər isə yaralanıb.
Globalinfo.az xəbər verir ki, dağıntılar altında qalan yüzlərlə vətəndaşın xilasetmə işləri davam edərkən, insanların “bu qədər də olmaz’ deməsinə səbəb olan hadisə baş verib.
Türkiyənin ağır, hüznlü və faciəvi günündə bu insanlıq dramından özləri üçün əyləncə düzəldənlər də var. Məlum olub ki, bir neçə nəfər dağıntılar altındakı vətəndaşlara zəng edərək, onlarla lağ-lağı ediblər. “Sizi xilas etməyə gəlirik”, deyərək onları ələ salıblar, öz aralarında deyib-gülüblər. Bu axmaq əməlin görüntüsü ortaya çıxıb.
Onlar özlərini AFAD-ın xilasedici qruplarından biri kimi təqdim edərək kömək gözləyən vətəndaşların səs etmələrini tələb edib, gülüblər.
Sosial şəbəkədə yayılan səs vətəndaşlar tərəfindən sərt qarşılanıb, onların həbsi tələb edilib.
Dağıntılar altında qalanları səsləyərək, onlarla lağ edən və səs yazısını yayımlayan 2006-ci il təvəllüdlü Selman Altunbaş saxlanılıb.
BU VATAN HAİNLERİNİ BULUN!
1-Videodaki Phiec adlı kişi:
TC: 10262006580
Ad Soyad: Selman ALTUNBAŞ
Doğum Tarihi: 07.11.2006
Adres: Tekirdağ Çorlu
Hürriyet Mah. Çamlıbel Cad. Özoğulcan 9 B 37 Çorlu 59 pic.twitter.com/iksW3vHjRe— 𝖬𝗂𝗅𝗂𝗍𝖾𝗋 𝖣𝗈𝗄𝗍𝗋𝗂𝗇 (@militerdoktrin1) February 6, 2023
Gülnar Səlimova