Şok! “Vaqner” fəaliyyətini dayandırır! – Priqojin dəqiq tarixi açıqladı

Rusiyanın “Vaqner” muzdlu dəstəsinin yaradıcısı Yevgeni Priqojin iyulun 1-dən etibarən şirkətin fəaliyyətini dayandıracağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bunu “Vaqner”in rəhbəri Yevgeni Priqojin deyib.

“Komandirlər şurası toplandı və bu məlumatı döyüşçülərin diqqətinə çatdırdıq. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı”.

Yevgeni Priqojin heç vaxt Rusiya rəhbərliyini devirmək niyyətində olmadıqlarını bildirib:

“Məqsədimiz “Vaqner”in məhv edilməsinin qarşısını almaq idi. Biz ədalətsizliyə görə yürüşümüzə başladıq. Heç bir aqressiya nümayiş etdirmədik, ancaq raketlər və helikopterlərlə vurulduq. Bizi hərəkətə gətirən də bu oldu”.

“Müdafiə Nazirliyindən ayrılıb bizə qoşulan bir neçə nəfər yaralanıb və iki nəfər həlak olub. “Vaqner” döyüşçülərinin heç biri bu kampaniyaya məcbur edilmədi. Hamı onun son məqsədini bilirdi”, – o bildirib.