Smolenskdə iki neft bazası PUA ilə vuruldu – VİDEO

Aprelin 24-nə keçən gecə Rusiyanın Smolensk vilayətində iki neft bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb.

Sözügedən neft bazalarının Yarçevo və Razdorovo yaşayış məntəqələrində yerləşdiyi bildirilir.

Bu obyektlərdə partlatışlardan sonra güclü yanğın baş verib.

Orada təqribən 26 min kubmetr yanacaq saxlanıldığı qeyd olunub. Sosial şəbəkələrdə yanğını əks etdirən görüntülər yayılıb.