Slutski: Qarabağda ölən sülhməramlılarla bağlı bu addım atılacaq

Rusiya Sülh Fondu Dağlıq Qarabağda həlak olan sülhməramlıların ailələrinə 1 milyon rubl məbləğində yardım edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Liberal-Demokrat Partiyasının lideri Leonid Slutski deyib.

Slutski sentyabrın 20-də Qarabağda keçirilən antiterror əməliyyatları zamanı yanlışlıqla açılan atəş nəticəsində  həlak olan sülhməramlıların ailələrinə Sülh Fondu tərəfindən yardım ediləcəyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az