Sloveniya Qolodomoru soyqırımı kimi tanıdı

Sloveniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan bəyannamə qəbul edib.

Globalinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bəyannamədə parlamentarilər milyonlarla ukraynalının ölümü ilə nəticələnən və Ukrayna cəmiyyətinə böyük ziyan vuran soyqırım aktlarını, həmçinin Qolodomorla bağlı “tarixi faktları təhrif etmək cəhdlərini” pisləyir və rədd edirlər.

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib ki, bəşəriyyət bu dəhşəti bilməli və xatırlamalıdır ki, gələcəkdə bir daha təkrarlanmasın:

“Mən Sloveniya parlamentarilərinə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan və bu dəhşətli cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edən bəyannamə qəbul etdiklərinə görə minnətdaram”, – Ukrayna Ali Radasının sədri vurğulayıb.