Slovakiyanın baş naziri əməliyyatdadır, qarın boşluğunda qanaxma var – KİV

“Slovakiyanın baş naziri əməliyyat otağındadır, qarın boşluğunda qanaxma var”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Standard” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Fitso çiynindən bir, qarın boşluğundan isə iki güllə yarası alıb. Slovakiya baş nazirinin vəziyyəti ağırdır.

Fitsonun rəhbərlik etdiyi partiya rəsmi bəyanat yayaraq, liderlərinin taleyinin yaxın saatlarda həll olunacağını açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az