Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı “Pravda.sk” nəşri yayıb.
Bildirilib ki, prezidentlə ilə birlikdə ölkənin baş nazir müavini və müdafiə naziri Robert Kalinyak, baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok və Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir də səfərdə iştirak edəcək.
P.Pelleqrininin həmçinin Ağdam rayonuna səfər edəcəyi, orada Baş Qərvənd kəndində “Smart Village” (“Ağıllı kənd”) layihəsi ilə tanış olacağı və general Milan Rastislav Ştefanikin adını daşıyan yeni məktəbin təməl daşını qoyacağı qeyd olunub.
Slovakiya prezidentinin səfəri ilə paralel olaraq, Bakıda slovakiyalı sahibkarların iştirakı ilə Slovakiya-Azərbaycan biznes forumu keçiriləcək.