Siyavuş Novruzovdan yeni təklif

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Prezidentin Ehtiyat Fondunun vəsaitinin artırılmasını təklif edib.

Globalinfo.az-ın məlumatına görə, o, parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib ki, hər hansı gözlənilməz hal olduqda bunun qarşısının vaxtında alınması üçün Prezident İlham Əliyevin kifayət qədər imkanı olmalıdır.