“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirə ediləcək

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin payız sessiyasının işlər planına daxil edilib.

Globalinfo.az bildirir ki, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında, Milli Məclisin vitse-spikeri, komitə sədri Fəzail İbrahimli deyib.

O bildirib ki, qanun layihəsi ilə bağlı parlamentdə müzakirələr keçiriləcək: “Həmin müzakirələrdə depuatlar, siyasi partiyaların nümayəndələri, ekspertlər çıxış edəcəklər və öz fikirlərini bildirəcəklər”.