Siyasi məhbuslar “Mülki müqavilə”yə qarşı: Ermənistanda nə baş verir?

“Nikol Paşinyan Qərbin qaydaları ilə oynadıqca, bu strukturlar onu açıq şəkildə tənqid etməyəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu həbsdə olan erməni siyasətçi Armen Aşotyan deyib.

O bildirib ki, Qərb xüsusi hesabatlarda Ermənistanda insan azadlıqları və demokratiya sahəsində vəziyyətin həddən artıq pis olduğunu qeyd edəcək.

“Nikol Paşinyan repressiyasının məqsədi qorxu mühiti yaratmaqdır. Ona görə də, biz qorxmamalı, susmamalı və mübarizəni davam etdirməliyik. Hazırda Ermənistanda elə bir vəziyyət yaranıb ki, siyasi məhbuslar mülki müqaviləyə qarşı mübarizə aparır”, – deyə Aşotyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az