“Uraldakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvali Şıxlınski mənim xahişimlə polis tərəfindən saxlanıldı”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov deyib.
O, Mutvalı Şıxlınskinin Uralda xüsusi təyinatlı əsgərin üstünə getdiyini söyləyib:
“Rusiyadakı bütün Azərbaycan diasporlarının, o cümlədən Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının yoxlanılması ilə bağlı da nəticə gözləyirəm”.
Qeyd edək ki, diaspor rəhbəri Şahin Şıxlınskinin oğlu barəsində 2 aylıq həbs-qətimkan qərarı verilib.
Əliyar Xəlil
Globalinfo.az