Şirvanda neft quyusundan qaz püskürdü

Şirvanda neft quyusundan qaz püskürüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, saat 21 radələrində “Şirvan Oil Company LTD”-nin 1 saylı neft-qaz çıxartma sahəsində yanğına keçməyən 715 saylı neft quyusunda qaz püskürməsi baş verib.

Hadisə yerinə FHN-nin Şirvan YMX-nin texnikası və canlı qüvbəsi cəlb olunub. Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlər həyata keçirilir.