y 0098

Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.

Globalinfo.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

İlk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Pizza Time” restoranında baş verdiyi müəyyən edilib.

Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.

667832523 1264385149199454 4304690661432547073 n
663204635 1264385079199461 6210188012202454468 n
666095292 1264385019199467 321192757350940002 n

***11:41

Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Qida Təhlükəsizliyi Agentliyindən “Report”a bildirilib ki, Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.

İlk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Pizza Time” restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunanların vəziyyəti orta ağırdır.

Globalinfo.az bildirir ki ,bu barədə “Report”un sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir.

***09:51

Şirvanda kütləvi zəhərlənmə olub.

Globalinfo.az xəbər verir ki, şəhər ərazisində yerləşən restonda qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(“Report”)

Paylaş: