Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Belarus istiqamətindən təhlükənin və şimaldan mümkün hücumun real olduğunu açıqlayıb.
Globalinfo.az-ın xəbərinə görə, Sırski bildirib ki, hazırda 1200 kilometrlik aktiv cəbhə xətti mövcuddur və qarşı tərəf briqada və alayların sayına görə Ukrayna ordusundan təxminən iki dəfə üstündür.
“Biz fasiləsiz döyüş əməliyyatları aparırıq. Tendensiya onu göstərir ki, cəbhə xətti daha da genişlənəcək. Kəşfiyyat məlumatlarımız və Ukrayna Prezidentinin Belarus tərəfdən gələn təhlükə ilə bağlı açıqlamaları bunu göstərir. Şimal istiqamətində mümkün əməliyyat realdır”, – deyə o vurğulayıb.
Sırskinin sözlərinə görə, Rusiya Baş Qərargahı hazırda şimal istiqamətində hücum əməliyyatlarının planlaşdırılması üzərində fəal işləyir. Bu isə o deməkdir ki, cəbhə daha da uzanacaq.
Əliyar Xəlil