Sinan Oğanın Azərbaycanla bağlı addımı üzə çıxdı – FOTOFAKT

Hazırda “seçkilərdə parlayan azərbaycanlı” kimi türk dünyasında əsas müzakirə edilən şəxs Sinan Oğandır. S.Oğanın ikinci turda kimi dəstəkləyəcəyi maraqla gözlənilir. Onun Azərbaycan əsilli olması, bütün həyatı və fəaliyyəti boyunca Azərbaycanla sıx əlaqələri hazırda diqqət mərkəzindədir.

Oğanın Azərbaycanla əlaqələri Azərbaycan Dövlət İqtisad Universitetində işləməsi, Əbülfəz Elçibəyin hakimiyyəti müddətində onun ofisində çalışması, Azərbaycan və Türkiyə Parlamentlərarası dostluq qrupundakı fəaliyyəti ilə yekunlaşmır.

Globalinfo.az xəbər ki, Sinan Oğan 1990-cı il yanvar hadisələrində Türkiyə daxilində Azərbaycana dəstək üçün təşkilatlanma həyata keçirib.

SSRİ ordusunun 1990-cı il 20 anvar tarixində Bakıda törətdiyi qətliama o dövr Türkiyə xalqı və hakimiyyətinin münasibəti fərqli olub. Həmin illərdə Türkiyə Prezidenti olan Turqut Özalın, “Azərbaycanlılar Anadoludakı türk xalqından daha çox İran azərilərinə yaxındırlar. Onlar şiədir, biz isə sünni” açıqlaması ölkədə skandal yaratmışdı. Bu açıqlama xalq tərəfindən birmənalı qarşılanmamış, bu istiqamətdə kəskin tənqidi fikirlər səsləndirilmişdi.


1990-cı il yanvar mitinqindən görüntü

O zaman Türkiyədə İstanbuldan İqdıra, Diyarbəkirdən Ankaraya kimi ölkənin hər yerində Azərbaycana dəstək mitinqləri keçirilib. Məsələ ilə bağlı ən böyük mitinq isə 25 min nəfərin iştirakı ilə İstanbulda gərçəkləşdirilib. Bu mitinqin əsas təşkilatçısı Sinan Oğan olub. O, SSRİ-nin Türkiyədəki Baş konsulluğu qarşısında, mitinq iştirakçılarının önündə çıxış edərək Bakıda törədilən qətliamı sərt şəkildə qınayıb və xalqa Azərbaycandakı bu qətliamların qarşısının alınması üçün birlikdə aktiv fəaliyyət göstərmək çağırışı edib.

Qeyd edək ki, o zaman Turqut Özalın açıqlamalarına ölkə daxilindıə bir çox siyasətçi sərt reaksiya verib. Tənqidlərin güclü olması səbəbi ilə T.Özal açıqlama verərək çıxışının yanlış anlaşıldığını bildirib.

Ayşən Mustafa
Globalinfo.az