Sinan Oğan Azərbaycanı təbrik etdi

 

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan 26 iyun – ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə tviterdə yazıb.

“Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun”.