Sinan Atəş öldürüldü

Türkiyənin Ülkü Ocaqları Tədris və Mədəniyyət Mərkəzinin keçmiş sədri Sinan Atəşə Ankaranın Çankaya rayonunda silahlı hücum olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Sinan Atəş ofisdən çıxıb cümə namazı üçün məscidə gedərkən motosiklet sürücüsü onu başından vurub. Atəş hadisə yerində həyatını itirib.

Qatilin tapılması istiqamətində polis geniş axtarışa başlayıb.