Simonyan münaqişənin həlli üçün elə variant təklif etdi ki…

“Rusiya Avropada dondurulmuş aktivləri qarşılığında Ukraynanı satın ala bilər”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Kremlin əsas təbliğatçılarından sayılan Marqarita Simonyan çıxış edib.

“Bizim Mərkəzi Bankın ABŞ-da 300 milyard dollarlıq aktivləri həbs edilib. Onlar bunu bizə verə bilmirlər, ona görə də çıxış yolu təklif edirəm. Bu pullar bizimlə olmaq istəyənlərin torpağını almaq üçün ödənilir. Bu, fundamental məsələdir. Bizə yadlar lazım deyil. Lvov mənə lazım deyil. Bizə nifrət edənlərə ehtiyacımız yoxdur”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az