“Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Soçidə evinin yaxınlığına zərbə PUA-sı düşdüyünü bildirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Simonyan bu barədə Teleqram kanalında yazıb.
“Bu gün gecə zərbə PUA-sı Adlerdə (Soçidə mikrorayon – red.) özümün və anamın boya-başa çatdığı və hələ də körpə uşaqlarla birgə doğmalarımın yaşadığı evimizin düz qarşısına düşdü”, – deyə Simonyan bildirib.
Onun sözlərinə görə, bu kimi hadisələr nüvə ultimatumunu daha da aktual edir.
Qeyd edək ki, bundan öncə də Simonyan evinin qarşısına PUA düşdüyünü bildirmişdi.