Bakı və İrəvan nələri müzakirə edir? – Simonyan açıqladı

“Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün Almatı bəyannaməsinə əsasən qarşılıqlı şəkildə tanınması ilə bağlı danışıqlar davam edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Spiker sözügedən razılaşmanın sülh sənədinə daxil edilməsi istiqamətində müzakirələrin davam etdiyini bildirib:

“Bəyannaməyə əsaslanaraq bu məsələnin sülh müqaviləsində yer alması ilə bağlı hələ ki Bakı ilə İrəvan arasında dəqiq razılaşma yoxdur. Bu mövzu müzakirə edilir. Hazırda bizim Azərbaycanla müzakirə etdiyimiz bir neçə bəyanat var. Ərazi bütövlüyünün tanınması da ölkə rəhbərləri səviyyəsində müzakirə edilən məsələlərdəndir”.

Ayşən Mustafa
Globalinfo.az