Şimali Makedoniyada gecə klubunda dəhşət: 59 ölü, 155 yaralı – TƏFƏRRÜAT / VİDEO

yangin

Şimali Makedoniyanın Koçani şəhərində yerləşən “Pulse” gecə klubunda baş verən yanğın nəticəsində 59 nəfər həlak olub, 155 nəfər isə yaralanıb.

Yerli vaxtla saat 02:35-də, yerli hip-hop qrupu DNK-nın konserti zamanı səhnədə istifadə edilən pirotexniki vasitələrin alovu tavanın alışmasına səbəb olması nəticəsində başlayıb.

Təxminən 1.500 nəfərin iştirak etdiyi tədbirdə alov sürətlə yayılıb və izdiham arasında panika yaranıb.

Yaralananlar Koçani, Ştip və paytaxt Skopyedəki xəstəxanalara yerləşdirilib. Bəzi yaralıların vəziyyəti ağırdır və qonşu ölkələrə, o cümlədən Bolqarıstan, Serbiya və Yunanıstana təxliyə edilib.

***16:51

Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 59-a çatıb.

İlkin məlumata görə, 100-dən çox insan xəsarət alıb. Yaralılar müxtəlif şəhərlərdəki xəstəxanalara aparılıb. Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski araşdırmalara görə Koçaniyə gedib.

*** 15:33

Şimali Makedoniyada gecə klubunda baş verən yanğın nəticəsində azı 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Hadisə baş verən zaman klubda təxminən 1500 nəfərin olduğu bildirilir.

***12:18

Şimali Makedoniyanın Koçani şəhərində konsert zamanı yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Veçer” nəşri məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində azı 50 nəfər ölüb.

“Yanğının pirotexniki vasitələrdən törədildiyi ehtimal edilir. Təsdiq olunmayan məlumata görə, konsertin keçirildiyi gecə klubunun sahibi saxlanılıb. Bundan əlavə, Şimali Makedoniya Daxili İşlər Nazirliyi konsert təşkilatçılarını dindirməyə çağırıb”, – deyə nəşr bildirib.

Hadisənin başqa təfərrüatları açıqlanmayıb.

Günay Rəsulqızı
Globalinfo.az