Şimali Koreya daha bir raketini yoxladı: ilk dəfə – FOTO

Şimali Koreya ilk dəfə yeni tipli strateji qanadlı raket “Pulhvasal-3-31”in sınaq buraxılışını həyata keçirib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verib.

Bildirilir ki, raket hələ inkişaf mərhələsindədir.

“Sınaqlar Raket Elmləri Baş İdarəsi və tabeliyində olan Milli Müdafiə Tədqiqat İnstitutunun müntəzəm və məcburi fəaliyyətləri çərçivəsində olan silah sistemlərinin davamlı yenilənməsi prosesinin bir hissəsidir”, – deyə məlumatda vurğulanıb.

O da qeyd edilib ki, buraxılışın ətraf ölkələrin təhlükəsizliyinə heç bir təsiri olmayıb və regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.