1692368671.64df7c31ce31064df7c31ce311169236792164df7c31ce30e64df7c31ce30f

Şimali Kipr Türk Respublikasının (ŞKTR) təhlükəsizlik qüvvələri və adada yerləşdirilən BMT sülhməramlıları arasında gərginlik baş verib.

Globalinfo.az xəbər verir ki, buna səbəb ŞKTR ərazisindən BMT sülhməramlılarının nəzarəti altında olan Yaşıl Xətt üzərindəki Pile kəndinə yolun çəkilməsi olub.
Belə ki, BMT sülhməramlıları yolun çəkilməsinə əngəl olmağa çalışaraq, ərazidə beton bloklar yerləşdirib. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb.

ŞKTR xarici işlər naziri Tahsin Ertuğruloğlu vəziyyəti şərh edərək, yol inşası layihəsinin dayandırılmaycağını açıqlayıb.

Paylaş: