Türk Dövlətləri Təşkilatının (TDT) 21 mayda Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə təşkilatın müşahidəçi üzvü olan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) iştirak etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə BBC-nin Türkiyə bürosu məlumat yayıb.
Məlumata görə, Macarıstanın Avropa İttifaqı və yunan tərəfinin sərt reaksiyasından yayınmaq üçün ŞKTC-nin Zirvədə təmsil olunmasından ehtiyat edib.