Silahlı şəxs buna görə yoldan keçənlərə atəş açdı – Ölənlər var / TƏFƏRRÜAT – ANBAAN VİDEO

Rusiyada “Slavyanski” ticarət mərkəzi yaxınlığında atışma olub.

Globalinfo.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Krasnodar prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə Krasnodar diyarının Krımsk şəhərində baş verib.

Bildirilib ki, naməlum şəxsin küçədə atəş açması nəticəsində özü də daxil olmaqla dörd nəfər ölüb.

Məlumata görə, məhkəməni keçmiş həyat yoldaşına uduzduğu üçün onu öldürməyə çalışsa da, yoldan keçənlər silahlı şəxsin qurbanına çevrilib.

Daha sonra oğlunun yanına gedib və evinin yaxınlığında özünü güllələyib.

Faktla bağlı araşdırma aparılır.